Energetika Nazirliyinin işçilərinin say həddi artırılıb.
"Unikal" xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb.
Fərmana əsasən, Energetika Nazirliyinin işçilərinin say həddi cəmi 200 ştat vahidi olmaqla, Nazirliyin Aparatı üzrə 160 ştat vahidi, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi üzrə 40 ştat vahidi müəyyən edilib.
Bundan əvvəl Energetika Nazirliyinin işçilərinin say həddi cəmi 180 ştat vahidi olmaqla, Nazirliyin Aparatı üzrə 140 ştat vahidi, Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi üzrə 40 ştat vahidi müəyyən edilmişdi.