"Bu gün Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən binaların birində partlayış baş verib. Hadisənin baş verdiyi binaya qazın verilişi dərhal dayandırılıb. Hadisə rayonunda hüquq mühafizə orqanları istintaq aparır. Səbəb və nəticələr barədə məlumat veriləcək".
“Unikal”ın məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” istehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib.