UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk matçlarına yekun vurulub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, son oyun günündə 5 görüş keçirilib.
Günün ilk qarşılaşmalarında Azərbaycan çempionu "Qarabağ", Macarıstan "Ferentsvaroş"u ilə heç-heçə edib, Norveçin "Budyo Qlimt" komandası isə Litva "Jalgiris"nin qapısından 5 cavabsız top keçirib.
Bundan başqa, Hayfa "Makkabi"si İsraildə Kipr "Apollon"unu 4:0, "Srvena Zvezda" isə Serbiyada Ermənistan "Pünik"ini 5:0 hesabı ilə darmadağın edib.
Kiyev "Dinamo"su isə Polşada Avstriyanın "Şturm" klubuna minimal hesabla qalib gəlib.