9 il sonra "İbo Şou" proqramı ilə ekranlara qayıdan İbrahim Tatlısəsin verilişi yeni mövsümdə yayımlanmayacaq.
"Unikal" "Haber Global"a istinadən xəbər verir ki, müğənni və yazıçı Onur Akayın verdiyi məlumata görə "Star TV"də yayımlanan proqram növbəti mövsümdən artıq ekranlarda olmayacaq.
Keçmiş həyat yoldaşı Adalet Durak və oğlu Ahmet Tatlı ilə son günlər məhkəməsi olan İbrahim Tatlısəsin dövlətə olan borcları da üzə çıxıb.
Oğlu Ahmet Tatlının açdığı qəyyumluq işi ilə gündəmə gələn Tatlısəsin bütün daşınar və daşınmaz mallarına annotasiya qoyulub. Məhkəmədən sonra məlum olub ki, Tatlısəsin bütün var-dövləti borclarına görə müsadirə edilib.
Bildirilib ki, tanınmış müğənninin dövlətə 120 milyon dollar borcu var.
Proqramın dayandırılmasına səbəb isə Tatlısəsin keçmiş həyat yoldaşı haqqında işlətdiyi sözlər olub.
Ağarza Elçinoğlu