Azərbaycan Ordusunun dünən şəhid olan hərbi qulluqçusu Şəmkirdə dəfn edilib.

"Unikal" xəbər verir ki, şəhid əsgər Anar Kazımov doğulduğu Qaracəmilli kəndinin qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində hərbçilər, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak edib.

***

10:47

Ötən gün Laçında həlak olan əsgər Anar Kazımovla vida mərasimi keçirilir.

"Unikal"ın məlumatına görə, şəhid əsgərimiz Şəmkir rayonunun Qaracəmirli kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Tural Əhmədov