Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin (HDQ) nümayəndələri Amerika Birləşmiş Ştatları ilə "Avrasiya Tərəfdaşlığı" proqramı çərçivəsində 01-05 avqust 2022-ci il tarixlərində Rumıniyanın Konstansa şəhərində keçirilən "Minalara qarşı tədbir və dalğıc hazırlığı təlimi"ndə iştirak edirlər.
Bu barədə "Unikal"a Müdafiə Nazirliiyindən məlumat verilib.
Hər il keçirilən bu təlimin əsas məqsədi minalara qarşı mübarizə üsulları, dənizdə təhlükəsizlik əməliyyatları və infrastrukturun mühafizəsi mövzularında tərəfdaşlarla müzakirə və təcrübə mübadiləsi aparmaq, eləcə də peşəkar münasibətlərin qurulmasından ibarətdir.