Telegram mesenceri 8 milyon rubl (220 000 AZN) cərimə oluna bilər.
"Unikal" xəbər verir ki, bu barədə Moskva şəhər məhkəməsi məlumat yayıb.
Bildirilir ki, mesencer Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 13-cü maddəsinin (informasiya resursu sahibinin ekstremist xarakterli materialı silməməsi ) tələblərini pozmaqda ittiham edilir.
İş üzrə hazırlıq iclası avqustun 16-na təyin edilib.