"Grease" muzıklı sayəsində geniş populyarlıq qazanan aktrisa və müğənni Oliviya Nyuton-Con 74 yaşında ABŞ-da vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə TMZ onun əri Con İsterlinqə istinadən xəbər verib.
Onun sözlərinə görə, sənətçi avqustun 8-i bazar ertəsi səhər saatlarında Cənubi Kaliforniyadakı ranşosunda ailəsi və dostlarının əhatəsində dünyasını dəyişib.
Nyuton-Con 30 ildən çox döş xərçəngi ilə mübarizə aparırdı. Ölümün konkret səbəbi açıqlanmayıb. Bununla belə, aktrisaya yaxın mənbə nəşrə verdiyi müsahibədə "metastatik döş xərçəngi ilə mübarizəni uduzduğunu" bildirib.
Oliviya Nyuton-Conun Con Travolta ilə birlikdə oynadığı "Grease" muzıklı 1978-ci ildə buraxılıb.