Rusiya-Ukrayna müharibəsinin Azərbaycan iqtisadiyyatına məhdud təsirə malik olub.
"Unikal" xəbər verir ki, bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyindən bildirilib.
Agentliyin hesabatına görə, Azərbaycan yüksək neft-qaz (karbohidrogen) qiymətlərindən dəstəklənən güclü iqtisadi bərpa ilə Rusiya-Ukrayna böhranını dəf edir.
Azərbaycanın Rusiya ilə güclü ticarət əlaqələrinə baxmayaraq, münaqişə iqtisadiyyata məhdud təsirə malik olub.
Reytinq agentliyi davamlı iqtisadi fəaliyyətin getdikcə daha güclü biznes imkanlarına və banklar üçün daha yaxşı aktiv keyfiyyətinə çevriləcəyini və bankların müstəqil kredit profillərini yaxşılaşdıracağını gözləyir.
“Moody’s” həmçinin bu il Azərbaycanın real ÜDM-nin 4% artacağını proqnozlaşdırıb.