Azərbaycanın ağır atleti Nazilə İsmayılova V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.
"Unikal" xəbər verir ki, o, iki hərəkətin yekununda üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Müsabiqə avqustun 18-dək davam edəcək.
Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir. Yarışın nəticələrinə əsasən, idmançılara 355 medal təqdim olunacaq.