9-18 avqust tarixlərində Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunları davam edir.
"Unikal" xəbər verir ki, ağır atletlərimiz yarışa qoşulanlar sırasındadır. Körpücük üzərinə 10 nəfər – 3 qadın və 7 kişi idmançımız çıxacaq.
Onlardan biri – Tehran Məmmədov bu gün mübarizəyə qoşulub. İdmançımız 61 kq çəki dərəcəsində yarışıb. Atletimiz birdən qaldırma hərəkətində 116 kq-ı ram edib. Təkanla qaldırmada isə 141 kq-ı başı üzərinə qaldırıb.
Toplam 257 kq (116+141) nəticə ilə atletimiz yekun sıralamada 6-cı yeri tutub.