Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllı rayonunda "Basqal" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində aparılan və icrası nəzərdə tutulan tikinti-bərpa işləri ilə tanış olublar.
"Unikal" xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım buradakı emalatxanada kəlağayı ustası ilə söhbət etdilər.
Mehriban xanım Əliyeva: Salam, xoş gördük.
Prezident İlham Əliyev: Salam.
Usta: Salam. Xoş gəlmisiniz. Allah Sizi var eləsin. Mən Sizinlə fəxr edirəm ki, Sizin sayənizdə Azərbaycan xalqı qalib gəldi.
Prezident İlham Əliyev: Sağ olun. İşləriniz necə gedir?
Usta: Yaxşıdır, çox sağ olun.
Prezident İlham Əliyev: Müştəri çoxdur?
Usta: Bəli, olur. Çox sağ olun. Allah Sizi var eləsin.
Fuad Nağıyev: Cənab Prezident, turistlər yavaş-yavaş gəlməyə başlayıblar.
Usta: Mehriban xanım, bu, bizim naxışımızdır, biz buna "Basqalı" naxışı deyirik. İstəyirsinizsə, əyləşin, bir naxış da siz vurun.
Birinci xanım Mehriban Əliyeva kəlağayıya naxış vurdu.
Usta: Mehriban xanım, bu, qədim təsvirləri olan kəlağayıdır. Biz buna "Heratı" deyirik. Naxışları təmiz Azərbaycan naxışlarıdır. Bu naxışların ən azı 300-400 illik tarixi var. Bunu bu alətlə işləmişəm. O dövrdə ustalar bunu necə gözəl yonublar. Azərbaycan sənətkarlar yurdudur. Bu da onun bir nümunəsidir.