Laçından çıxan erməni ailələr onlara edilən xəbərdarlığa baxmayaraq, evləri yandırır.
"Unikal" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Belə ki, işğaldan sonra Laçın rayonunun Zabux kəndinə yerləşdirilən erməni ailələrdən biri evini yandırıb. O, bu əməlini videoya çəkib.
Qeyd edək ki, bundan əvvəl ermənilərin Laçında meşə sahəsinə də od vurması haqqında görüntülər dərc olunmuşdu.
Onu da qeyd edək ki, Zabuxda yaşayan ermənilərə kənddən çıxması üçün cari ayın sonunadək vaxt verilib.
Laçının Zabux kəndindən çıxan erməni evini yandırır... pic.twitter.com/hyAdGTdKVA
— Unikal Media Group (@UnikalOrgPortal) August 14, 2022