Yol qəzasında dünyasını dəyişən Uels şahzadəsi Diananın yaxın mühafizəçisi Li Sansum xatirələrindən bəhs edən kitab yazıb.
"Unikal" xəbər verir ki, Nikol Kidman, Tom Kruz, Pele, Silvestr Stallone kimi məşhurların da cangüdəni olan Sansum, "Diana Parisdə öldüyü gün məzuniyyətdə idim. Mən olsaydım, bu gün sağ olardı" deyib.
"Rambo" ləqəbli Sansum “Qəza zamanı təhlükəsizlik kəmərlərinin bağlanmadığını öyrənəndə çox pis oldum. O, kəmər taxmağı sevmirdi. Ona görə də həmişə təkid etməli olurdum", - deyə o, xatirə kitabında qeyd edib.
Bildirək ki, 31 avqust 1997-ci ildə səhər saatlarında Diana Parisdə Pont de l'Alma tunelində yol qəzasında ölümcül yaralanır. Qəza onun yol yoldaşı Dodi Fayed və sürücü Henri Paulun ölümünə səbəb olur. Diana Fayedin Conikal adlı ailə yaxtasında Fransız və İtalyan Rivierasında onunla doqquz günlük tətildən sonra Londona qayıdırdı. Nə Fayed, nə də Diana təhlükəsizlik kəməri taxmışdılar. 2 saat ərzində həkimlər ölümcül yaralanmış Diananın həyatını xilas etməyə çalışdılar.Lakin saat 4-də Şahzadə Diana dünyasını dəyişdi. Təkcə Diananın mühafizəçisi Trevor Riz-Cons qəzadan sağ çıxıb. Fransa məhkəməsinin ilkin tədqiqatları qəzanın Henri Paulun içkili olması və idarəetməni itirməsi səbəbindən baş verdiyi məlumatı ilə nəticələnir.
Gülayə Mecid