Meksikanın San Luis Potosi əyalətində təhlükəsizlik qüvvələrinə hücum edən mütəşəkkil cinayət qrupu 4 polisi qaçırıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ştatın Moktezuma şəhərində naməlum silahlı şəxslər polisə hücum edib.
Səlahiyyətlilər hücumda təhlükəsizlik qüvvələrindən 4-nün qaçırıldığını və polis maşınlarının yandırıldığını bildirib.
Dövlət Baş Prokurorluğu hücumu təsdiqləyib və polisin tapılması üçün genişmiqyaslı araşdırmaya başlanıldığını açıqlayıb.
Gülayə Mecid