Türkiyə və İsrail qarşılıqlı olaraq səfir təyin etmək qərarına gəliblər.

"Unikal" xəbər verir ki,  bu barədə Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu İsraillə Türkiyə arasında səfir təyin edilməsi qərarını açıqlayıb.

İsrail Baş Nazirliyi də "Twitter" hesabından paylaşım edərək, "Türkiyə ilə əlaqələrin bərpası regional sabitlik üçün əhəmiyyətli bir dəyər və İsrail vətəndaşları üçün çox əhəmiyyətli iqtisadi xəbərdir. İsrailin dünyadakı mövqeyini gücləndirməyə davam edəcəyik. Baş nazirlə görüşdən sonra Yair Lapid və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "İsrail və Türkiyə tam diplomatik əlaqələri bərpa ediblər" ,- yazıb.