Avqustun 17-də “Yaşıl Teatr” Bakı Konsert Kompleksində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünyaşöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.
"Unikal" xəbər verir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın da iştirak etdiyi tədbirdə maraqlı anlar yaşanıb.
Prezident İlham Əliyev M.Maqomayevin həyat yoldaşı Tamara Sinyavskayanın pilləkənləri düşməkdə çətinlik çəkdiyini görüb və onu qucağına alıb.