Avstriyada iki yerdə güclü küləklə müşayiət olunan ildırım 5 nəfərin həyatına son qoyub.

"Unikal" xəbər verir ki, ölkənin cənubundakı Karintiya bölgəsində iki uşaq ölüb - gözlənilmədən gölün yaxınlığındakı istirahət zonasına tufan vuranda insanlar ağacların altında gizləniblər. Güclü külək onları kökündən qoparıb.

Ağacların aşması nəticəsində 4 və 8 yaşlı iki qız ölüb, beşi uşaq olmaqla daha on üç nəfər xəsarət alıb. Yaralananlar arasında vəziyyətinin ağır olanlar da var.

Aşağı Avstriyanın Şeybbs bölgəsində gecə saat 18 radələrində tufandan sonra xilasedicilərə ağacların aşması nəticəsində insanların xəsarət alması xəbəri gəlib. Üç qurbanı xilas etmək mümkün olmayıb. İlkin məlumata görə, onların gizləndikləri ağaca ildırım düşüb.

Avqustun 18-də Fransa və İtaliyada pis hava şəraiti ölümlə nəticələnib. Fransanın Korsika adasında küləyin sürəti 220 km/saata çatan 5 nəfər ölüb.

İtaliyanın Toskana şəhərində ağacların aşması iki nəfərin ölümünə, ən azı iki nəfərin yaralanmasına səbəb olub.