Şimali Koreya lideri Kim Çen Inın bacısı və ölkənin hakim partiyasının yüksək vəzifəli məmuru Kim Yo Conq nüvə arsenalından imtina etməsi müqabilində Seulun iqtisadi yardım təklifini rədd edərək, bu ideyanı “gülünc yuxu” adlandırıb.

"Unikal" xəbər verir ki, Kim Cənubi Koreyanın prezidenti Yoon Suk Yeolu şiddətlə qınayıb.

Belə  ki, o,  C. Koreya prezidentinə “susmalı” və “boş-boş danışmağı” dayandırmalı olmasının  vacibliyini vurğulayıb:

"Onun deyəcək daha yaxşı bir şeyi olmadığı üçün onun imicinə boş-boş danışmaqdansa, susması daha uyğun olardı".

Yoonun sözlərinə görə, Seulun təklifinə Şimali Koreyanın elektrik şəbəkəsinin və paylayıcı infrastrukturunun yaxşılaşdırılması üçün “geniş miqyaslı” ərzaq yardımı və maliyyə , habelə ticarəti asanlaşdırmaq üçün liman və hava limanlarının modernləşdirilməsi layihələri daxildir.

O, Cənubi Koreyanın Şimalidə kənd təsərrüfatı istehsalı və səhiyyə xidmətlərinə də kömək edə biləcəyini iddia edərək, bu sahələrə "beynəlxalq investisiya və maliyyə dəstəyi" vəd edib.

Gülayə Mecid