Meşə yanğınları nəticəsində SOCAR “Azəriqaz” İB-yə dəyən ziyanın həcmi yanğınlar söndürüldükdən və lazımi təftiş aparılandan sonra müəyyən ediləcək.
"Unikal" xəbər verir ki, bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.
O bildirib ki, “Azəriqaz”a indiyədək dəyən ziyan çox boyük deyil:
“Dəyən ziyanın tam həcmi təftiş və yoxlamalar aparılandan sonra müəyyən olunacaq. Yanğınlar nəticəsində hazırda ancaq Şabran rayonunun 9 kəndinə (1 000 abonentə yaxın) qazın verilişi dayandırılıb”.