Naxçıvan Muxtar Respublikası əhalisinin sayı 464 min nəfəri ötüb.

Bu barədə "Unikal" muxtar respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 1 iyul 2022-ci il tarixə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 1 827 nəfər artaraq 464 min 136 nəfər olub.