Avqustda Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən icbari şəxsi sığorta ödənişini almaq hüququ yaranan yeddi hərbi qulluqçuya ödənişlər həyata keçirilib.
"Unikal" xəbər verir ki, bu barədə muxtar respublikanın Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Məlumata görə, bunlardan 3-ü vəfat etdiyinə görə onların vərəsələrinə, 3-nə sağlamlıq imkanlarının məhdudluğuna görə, 1-nə isə az ağır xəsarət aldığına görə sığorta ödənişi verilib.
Dövlət icbari şəxsi sığorta ödənişinin həyata keçirilməsi üçün, ümumilikdə, 44 550 manat vəsait həmin şəxslərin bank hesablarına köçürülüb.
Hərbi qulluqçulardan ikisi Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar sağlamlıq imkanları məhdudluğu müəyyən edilmiş şəxslərdir.