Abşeron rayonunda vətəndaş qəbulları keçirilib.
"Unikal" xəbər verir ki, rayonun Saray, Masazır, Hökməli, Görədil, Güzdək kənd və qəsəbələrində, eləcə də İcra Hakimiyyətində baş tutan növbəti qəbullarda Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Rayon Polis Şöbəsinin rəisi Şəhriyar Şəmşirli, Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron Rayon İdarəsinin rəisi Ruslan Rəhimov, digər xidmət təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və kənd və qəsəbə sakinləri iştirak edib.
Səyyar qəbulların artıq ənənə xarakter daşıdığını, hər həftə əhali ilə görüşlərin keçirildiyini bildirən RİH başçısı Abdin Fərzəliyev Abşeron rayonunun bütün kənd və qəsəbələrində sakinlərin sayının sürətlə artımı ilə əlaqədar olaraq yeni infrastruktur layihələrinin reallaşdırılmasına ehtiyacın yarandığını vurğulayıb.
Rayonun problemlərinin dövlət strukturlarının daim diqqət mərkəzində olduğunu, onların araşdırılaraq həlli istiqamətində proqramların və eləcə də müvafiq təkliflərin hazırlandığını qeyd edən Abdin Fərzəliyev rayonun sosial-iqtisadi inkişafı istiqamətində mühüm addımların atıldığını bildirib.
Sonra çıxış edən sakinlər kənd və qəsəbələrdə daxili yolların abadlaşdırılmasında, mədəniyyət evlərinin və idman meydançalarının tikilməsində, yeni məktəb və bağça binalarının inşa olunmasında, daxili marşrut xətlərinin şaxələndirilməsində və avtobusların sayının artırılmasında, işə düzəlmədə, sənədsiz evlərin və torpaq sahəslərinin sənədləşdirilməsində, kənd və qəsəbələrin mərkəzi prospoektlərində işıqforların və surət təmzimləyicilərinin quraşdırılmasında köməklik göstərilməsini xahiş ediblər.
Güzdək qəsəbəsində sakinlər ərazidə yaşayış və qeyri-yaşayış kompleksi inşa edən şirkət tərərindən qəsəbəyə aparan əsas yola həddindən artıq tranplinlərin qoyulduğunu, gediş-gəlişə məqsədli şəkildə maneələrin yaradıldığını qeyd edərək, yolun yenidən bərpa olunmasında və maneəsiz hərəkət axınının təmin edilməsində köməklik göstərilməsini xahiş ediblər. Sakinlərin qaldırdığı məsələ ilə əlaqədar olaraq rayon rəhbərli hüquq-mühafizə orqanlarının rəhbərli ilə əraziyə baxış keçirərək yolun bərpası istiqamətində görülməsi işləri müzakirə ediblər.
Qeyd edək ki, qəbullarda sakinlər tərəfindən qaldırılan məsələlər yerindəcə həll edilib. Digər təkliflərlə bağlı isə araşdırılaraq həlli ilə bağlı görüləcək tədbirlər müəyyənləşdirilib.