Yardımlı rayonunun Zevin kəndindən olan bir neçə şəhid ailəsinin keçirilən "Açıq mikrofon" aksiyasında iştirak etmək istəyi nəzərə alınaraq Lənkəran Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri həmin kəndə gedərək şəhid ailələri ilə görüşüblər.
"Unikal" xəbər verir ki, şəhid valideynləri və bir qrup kənd sakinləri ilə keçirilən görüşdə vətəndaşlar aksiyanın Zevin kəndində davam etdirdiklərinə görə SOCAR "Azəriqaz" İB-nin rəhbərliyinə təşəkkür ediblər.
Şəhid atası Yadigar Rufullayev, Hamil Sirbəyov, Tahir Feyziyev və şəhid qardaşı Faiq Feyziyev, eləcə də təqaüdçü müəllim Səyədxan Ağayev çıxış edərək Zevin kəndinin növbəti ilin qazlaşma planına salınması ilə bağlı müraciətlərini Birliyin baş direktoruna çatdırılmasını xahiş ediblər. Şəhid ailələri göstərilən diqqətə görə Birliyin Lənkəran Regional qaz istismarı İdarəsinin rəhbərliyinə təşəkkür ediblər.