Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) dünən baş vermiş ağır yol qəzası ilə bağlı Türkiyə başsağlığı verib.
"Unikal" xəbər verir ki, nazirlik bu barədə tviter hesabında paylaşım edib.
"Qardaş Türkiyənin Qaziantep şəhərində ağır yol-nəqliyyat qəzasında həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Başımız sağolsun", - başsağlığıda deyilir.