Futbol üzrə Azərbaycan Premyer Liqasının üçüncü turu çərçivəsində növbəti görüş keçirilib.

"Unikal" xəbər verir ki, “Dalğa Arena” stadionunda “Zirə” komandası “Sumqayıt”ı qəbul edib.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qapılara qol vurulmayıb.

Bu nəticədən sonra “Zirə” xallarının sayını 4-ə yüksəldib. “Sumqayıt” isə bu mövsüm ilk xalını qazanıb.