İspaniya La Liqasında "Barselona" səfərdə "Real Sosyedad"ın qonağı olub.

"Unikal" xəbər verir ki, qonaqlar matçın ilk dəqiqəsində önə keçib. Belə ki, "Barsa"nın hücumçusu Robert Levandovski ilk qolun müəllifi olub. 6-cı dəqiqədə isə ev sahibləri hesabı bərabərləşdirib.

"Barselona"nın heyətində isə 66-cı dəqiqədə Osman Dembele, 68-ci dəqiqədə Levandovski fərqlənib. Həmçinin, matçın 79-cu dəqiqəsində Ansu Fati Robert Levandovskinin baxımlı ötürməsini qola çevirib.