Hovuzda qadınları çəkərək sosial şəbəkədə yayan Əmrah Məhərrəmov adlı şəxs azadlığa çıxıb.
"Unikal" xəbər verir ki, o "TikToK"da canlı açıb və həbsi ilə bağlı danışıb:
"Mən canlı yayımı açanda canlımda insanlar var idi, həmin videonu da mənim canlımdan kəsib çıxartmışdılar. Həmin çəkdiyim xanımlar mənim tanıdığım xanımlardır. Orada biri mənə yazdı ki, "hovuzda heç kim xalatda çimmir”, biri yazdı ki, "evdəkilərləsən?”, biri yazdı ki, "ananla, bacınlasan?” – mən bu sözlərə görə canlıda ətrafdakıları göstərdim ki, "bəlkə sənin anan-bacındır”. Videonu hamıya aid etməmişdim. Torbamı tikdilər".