20 sentyabr - Neftçilər Gününə həsr olunmuş SOCAR-2022 mini futbol turnirində növbəti oyun baş tutub.
"Unikal" xəbər verir ki, Bakı Olimpiya Stadionunun qapalı mini meydançasında təşkil olunan görüşdə SOCAR "Azəriqaz" İstehsalat Birliyinin komandası ilə BOS Şelf komandası üz-üzə gəlib.
Oyun 3-3 hesablı bərabərliklə başa çatıb. Görüşü izləyənlər sırasında SOCAR "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev, baş direktorun satış üzrə müavini Rəşad Cavadov və Birliyin digər məsul şəxsləri də olub.
Məlumat üçün bildirək ki, turnirdə SOCAR-ın strukturana daxil olan qurum və müəssisələri təmsil edən 32 komanda çıxış edir.