Vəzifə maaşlarına aylıq əlavələrin neçə direktor və müavininə şamil olunacağı açıqlanıb.
"Unikal" xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, yeni qərarın 865 direktor və 2 343 direktor müavininə şamil edilməsi nəzərdə tutulur.
Nazir bildirib ki, dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin vəzifə maaşlarına aylıq əlavələr maaş artımı demək deyil: "Çünki dövlət başçısı tərəfindən mütəmadi olaraq əməkhaqqı artımı ilə bağlı qərarlar verilir. Yəni qərar əməkhaqqına aylıq əlavələrlə bağlıdır".