Azərbaycan çempionu “Qarabağ” Çexiyada UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Viktoriya” (Plzen) ilə üz-üzə gəlib.
"Unikal" xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı “Qarabağ” açıb. Filip Ozobiç 39-cu dəqiqədə fərqlənib.
Bununla belə, “Viktoriya” 58 və 73-cü dəqiqələrdə vurduğu iki qolla qalib gəlib.
Bu nəticə ilə Çexiya çempionu mübarizəni Çempionlar Liqasının qrup mərhələsində, “Qarabağ” isə Avropa Liqasının qrup mərhələsində davam etdirəcək.