Rusiyanın işğal etdiyi Zaporojye vilayəti Mixaylovka bölgəsinin rəhbəri İvan Suşko avtomobilinin partlaması nəticəsində ölüb.
"Unikal" xəbər verir ki, bu barədə Zaporojye vilayətinin hərbi-mülki administrasiya şurasının üzvü Vladimir Roqov bildirib.
Roqovun sözlərinə görə, Suşkonun avtomobilinin oturacağının altına partlayıcı qurğu qoyulub.
Qeyd edək ki, bundan əvvəl rusiyalı jurnalist Daria Duqina Odintsovo şəhər rayonunda avtomobilin partlaması nəticəsində həlak olmuşdu.
Ağarza Elçinoğlu