"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev UEFA Çempionlar Liqasının pley-off mərhələsi üzrə "Viktoriya" ilə cavab oyunundan sonra paylaşım edib.
"Unikal" xəbər verir ki, 28 yaşlı qolkiper instaqram hesabında "Hamınıza təşəkkür edirəm, hamınızı çox sevirəm" sözlərini yazıb.
Qeyd edək ki, "Qarabağ" Çexiya təmsilçisinə 2:1 hesabı ilə məğlub olub. Ağdam klubu yolunu Avropa Liqasının qrup mərhələsindən davam etdirəcək.