"Viktoriya"nın (Plzen) forvardı Yan Kliment Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"a (2:1) qarşı keçirdikləri cavab matçından sonra danışıb.
"Unikal" xəbər verir ki, Plzen klubunun qələbə qolunun müəllifi qoldan öncə zədələndiyini söyləyib:
"Qələbə qolunu vurduğum üçün xoşbəxtəm. Qapıçıya tərəf qaçanda əzələm yırtıldı. Qaça bilmirdim. Amma texniki zonaya işarə verməyə vaxtım yox idi. Top gözləmədiyim anda önümə düşdü və qol vurdum".