Sumqayıtda qadın xadimə paltarı geyinərək Təcili Tibbi Yardım stansiyasına daxil olub. O, palatalarda pasiyentlərə məxsus qiymətli əşyaları oğurlayıb.
Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsindən "Unikal"a bildirilib ki, 20.08.2022-ci ildə baş verən hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib:
"Araşdırmanın nəticəsinə uyğun olaraq ictimaiyyətə əlavə məlumat veriləcəkdir", - deyə məlumatda qeyd olunub.
Murad İbrahimli