Abşeron RİH-nin və Naftalan ŞİH-nin birgə təşəbbüsünün davamı olaraq abşeronlu şəhid ailələrindən və qazilərimizdən ibarət növbəti 15 ailə (13 şəhid ailəsi, 2 qazi) istirahət və reabilitasiya üçün Naftalan şəhərinə yola salınıb.
"Unikal" xəbər verir ki, yolasalma zamanı Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid ailələri və qazilərlə görüşüb.
RİH başçısı bildirib ki, Abşeronlu şəhid ailələrinin və qazilərin ölkəmizin səfalı yerlərində istirahəti təşkil olunması artrıq ənənə hal alıb və bu layihə bundan sonra da davam etdiriləcək.
Tədbirdən sonra xatirə şəkili çəkilib və şəhid ailələri və qazilər yola salınıb.
Həmçinin Naftalan şəhərindən olan bir qrup şəhid ailəsi və qazi istirahət və reabilitasiya keçmək məqsədilə Abşeron rayonuna gəliblər. Abşeron RİH-nin və Naftalan ŞİH-nin birgə təşəbbüsü ilə çərçivəsində gələn qonaqlar II Fəxri xiyabanı və Xırdalan şəhərindəki Şəhidlər xiyabanını ziyarət edib, vətənimizin bütövlüyü uğrundan canlarından keçən igid oğlanlarımızın ruhlarına dualar oxuyub, xatirələrini ehtiramla yad ediblər.
Daha sonra Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində Abşeronlu və Naftalanlı şəhid ailələrinin görüşü keçirilib. Görüşdə Abşeron RİH başçısı Abdin Fərzəliyev, Naftalan ŞİH-nin əməkdaşı Afət Mustafayeva, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev, şəhid ailələri və qazilər iştirak edib. İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər güllər düzərək xatirəsini ehtiramla yad ediblər.
Daha sonra tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə vətənə, qələbəyə həsr olunmuş konsert proqramı təqdim olunub. Sonda abşeronlu şəhid ailələri adından Naftalan şəhərindən gələn şəhid ailələrinə və qazilərə hədiyyələr təqdim olunub.