Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında cüdo üzrə keçirilən dünya çempionatı davam edir.

“Unikal” xəbər verir ki, -55 kq. çəkidə yarışan cüdoçumuz Şahin Oruczadə finala çıxıb. O, yarımfinalda Gürcüstan təmsilçisi Saba Sabaşviliyə qalib gəlib.
 
Finalda Şahinin rəqibi fransalı idmançı Dicol Zaçariye olacaq.