Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ "2106 markalı minik maşını ilə 15 saylı xətt üzrə işləyən "Mercedes" markalı mikroavtobus toqquşub. Qəzadan sonra mikroavtobus yol kənarındakı mağazaya çırpılıb. Hadisə zamanı mağazada olan 2 nəfər, 2 nəfər isə sərnişin  xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.
 

Tural Əhmədov