Goranboyda avtomobil aşıb, yeniyetmə ağır bədən xəsarətləri alıb.  

"Unikal" xəbər verir ki, hadisə Goranboy-Naftalan yolunda ,Səfikürd kəndi yaxınlığında baş verib.

İlkin məlumata görə idarəetmədən çıxan Mercedes markall minik maşınının aşması nəticəsində 2007-ci il təvəllüdlü Mehrəliyev Məhərrəm Cahid oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. İlkin tibbi yardımdan sonra onun vəziyyəti nisbətən sabitləşib.

Faktla bağlı araşdlrma aparıllr.

Ehtiram Muradov