Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı şəhəri, Binəqədi rayonunda hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.
"Unikal" xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 2 ədəd partladıcısız F-1 əl qumbarası, 2 ədəd UZRQM partladıcısı, 67 ədəd 5.45x39mm və 450 ədəd 5.6x15.6mm-lik kiçik çaplı silah mərmisi olduğu müəyyən edilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.