Amerika maliyyə konqlomeratı "Citigroup" Rusiyadakı biznesini məhdudlaşdırmaq qərarına gəlib.
"Unikal" "The Wall Street Journal"ına istinadən xəbər verir ki, təşkilat "Citibank" bağlayacağını elan edib.
Şirkətin məlumatına görə, şirkət cari rübdə pərakəndə və kommersiya müştəri xidmətləri əməliyyatlarını mərhələli şəkildə dayandırmağa başlayacaq. Konqlomerat 15 filialını bağlayacaq və təxminən 2300 işçini ixtisar edəcək. Şirkət biznesin bağlanmasının dəyərini 170 milyon dollar qiymətləndirib.
Ağarza Elçinoğlu