Azərbaycan cüdoçusu Aydan Vəliyeva Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən yeniyetmələr arasında dünya çempionatında üçüncü yer uğrunda görüşə çıxıb.
"Unikal" xəbər verir ki, 48 kq çəki dərəcəsində rəqib macarıstanlı Luka Veq olub.
Vəliyeva rəqibinə qalib gələrək bürünc medal qazanıb.
Qeyd edək ki, daha əvvəl 55 kq-da yer alan Şahin Oruczadə gümüş medala yiyələnib.