"General Dynamics" müdafiə konserni Polşa üçün nəzərdə tutulan 250 M1A2 SEPv3 Abrams tankı üçün Pentaqondan sifariş aldığını açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə şirkətin rəsmi saytı məlumat yayıb.
Müqavilə 1,1 milyard dollar təşkil edib. Daha əvvəl Polşanın Ukraynaya təhvil verilən T-72-ni əvəz etmək üçün alınan 250 işlənmiş Amerika M1 Abrams tankının ilk partiyasını aldığı bildirilib. Abrams Ukraynaya göndərilən Sovet T-72 tanklarını əvəz etmək üçün Polşaya köçürülür.
Amerika tanklarının 18-ci Mexanikləşdirilmiş Diviziya və 1-ci Varşava Tank Briqadasına təhvil veriləcəyi, tədarüklərin 2026-cı ilə qədər başa çatdırılacağı güman edilir.