Azərbaycan millisinin FIFA reytinqindəki mövqeyi dəyişməz qalıb.
"Unikal" xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv 1127 xalla 128-ci sırada qərarlaşıb.
Yığmanın UEFA Millətlər Liqasındakı rəqiblərdən Slovakiya 1439 xalla 50-ci, Belarus 1226 xalla 96-cı, Qazaxıstan isə 1166 xalla 114-cü yerdədir.
1475 xala malik Türkiyə seçməsi 42 sıradakı mövqeyini qoruyub.
Reytinqin ilk pilləsində də dəyişiklik baş verməyib. Braziliya millisi (1837) siyahıya başçılıq edir. 1821 xala malik Belçika 2-ci, 1770 xalı olan Argentina isə 3-cü pillədədir.