Bu gün internat və internat tipli təhsil müəssisələrinin xüsusi təhsil siniflərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib.
Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən "Unikal"-a bildirilib ki, müsahibələrə 161 namizəd dəvət edilib.
Onlardan 134 namizəd müsahibə mərhələsində iştirak edib.
Müsahibələrdə namizədlərin biliyi və metodiki hazırlığı ilə yanaşı, şagirdlərlə işləmək qabiliyyəti, həssaslığı və məsuliyyətliliyi yoxlanılıb.