İtaliya A Seriyasının IV turunun açılış matçında son çempion “Milan” xal itirib.

"Unikal" xəbər verir ki, “Qırmızı-qaralar” səfərdə “Sassuolo”nun müqavimətini qıra bilməyib.

Görüş qolsuz heç-heçə ilə başa çatıb - 0:0.

“Milan” qələbə qazana bilməsə də, xalını 8-ə yüksəldərək, turnir cədvəlinin vahid liderinə çevrilib. “Sassuolo” isə 5 xalla 10-cu yerdə gedir.