Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
"Unikal" xəbər verir ki, E qrupu matçında rəqib Malta olub.
Ta Kali şəhərində təşkil olunmuş qarşılaşma Azərbaycan yığmasının qələbəsi ilə yekunlaşıb - 2:0.
Qolları 10-cu dəqiqədə Kristina Bakarandze və 60-cı dəqiqədə Diana Məmmədova meydan sahiblərinin qapısından keçibib.
Bu qələbədən sonra Azərbaycan millisi xalını 6-ya yüksəldərək, 4 xala malik Maltanı turnir cədvəlində üstələyib və 4-cü pilləyə qalxıb. Hər iki komanda 7 oyun keçirib.