Futbol üzrə Azərbaycan Premyer Liqasında beşinci tur çərçivəsində növbəti oyun keçirilib.
"Unikal" xəbər verir ki, “Şamaxı” klubu “Turan Tovuz”u qəbul edib. Matç Tovuz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Yeganə qolu “Turan Tovuz”un kamerunlu hücumçusu Runi İva Vankevay vurub.
Bu nəticədən sonra Ayxan Abbasovun yetirmələri turnir cədvəlində 7 xalla 5-ci pilləyə yüksəliblər.