Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində növbəti oyununu keçirib.

"Unikal" xəbər verir ki, komandamız bu gün Bakıdakı Voleybol Mərkəzində Sloveniya kollektivini qəbul edib.

Görüş qonaqların 25:11 hesablı qələbəsi ilə başlayıb. İkinci seti millimiz 25:19 hesabı ilə qalib gəlsə də, növbəti hissələrdə 25:18 və 25:21 hesabı ilə məğlub olub. Oyun qonaqların qələbəsi ilə yekunlaşıb - 3:1.