ABŞ-da yerləşən məişət məhsulları şəbəkəsi "Bed Bath&Beyond"un Maliyyə İşləri üzrə İcraçı Vitse-Prezidenti Qustavo Arnal yaşadığı evin eyvanında özünü ataraq intihar edib.
"Unikal" xəbər verir ki, hadisə Nyu-Yorkda ikonik binalarından biri olan “Jenga” adlı göydələndə baş verib.
Qanun pozuntularına yol verdiyi və birjada manipulyasiyaya yol açdığı səbəbilə istintaqı və qanuni fəaliyyətinə başlanılan Arnalın ölümü ölkədə şok effekti yaradıb. Manhettenin aşağı Tribeka səmtində dəbdəbəli göydələnin 18-ci mərtəbəsində yaşayan şəxsin niyə intihar etdiyi açıqlanmayıb.
İki uşaq atası olan 52 yaşlı Arnalın şirkətin maliyyə vəziyyəti ilə bağlı yalan məlumat verərək səhmlərinin dəyərini artırmağa çalışdığı iddia edilir. Lakin Arnal intihar edən zaman həyat yoldaşı Aleksandranın evdə olduğu öyrənilib. Arnalın intihar etməzdən əvvəl həyat yoldaşına heç nə demədiyi və intihar məktubu buraxmadığı qeyd edilib.
57 mərtəbəli dəbdəbəli binada mənzillərin qiymətlərinin 50 milyon dollara çatdığını bildirən "New-York Post" qəzeti, Arnalın intiharınəticəsində yoldan keçən daha bir nəfərin yaralandığını açıqlayıb.
Gülayə Mecid